Hacı Əliyev:"Tilsimi qırdım və qalib gəldim"
"Qələbə qazanmağı çox istəyirdim və qazandım". Bu sözləri İkinci Avropa Oyunlarının qalibi, güləşçimiz Hacı Əliyev deyib.

Çox sevinirəm ki, İkinci Avropa Oyunlarının qalibi oldum, qızıl medal qazandım. Ən önəmlisi mənim üçün rəqib idi. Çünki, olimpiya oyunlarında bu rəqibimə bir neçə dəfə məğlub olmuşdum. Mənə elə gəlir ki, tilsimi qırdım və qalib gəldim.

Dünən erməni rəqibimə, bu gün də belə güclü rəqibə qalib gəlmək həqiqətən mənim üçün sevindirici haldır. Yarımfinal yarışından sonra səhhətimdə bir az problem olduğu üçün finalda çətinlik çəkirdim. Qələbə qazanmağı çox istəyirdim və qazandım. Rəqibim olimpiya çempionudur. Düzdür, son dünya çempionatlarında məğlub olub. Amma yenə də güclü rəqib idi. Çalışdım, onun qalib gəlməyinə heç bir çıxış yolu qoymadım.

Birinci Avropa oyunlarında bürünc, ikincidə qızıl medal qazandım. Birinci dəfə öz ölkəmizdə keçirilmişdi. Tamaşaçılar qarşısında həyəcanlı idim. Orda da ilk döyüşümdən erməni rəqiblə qarşılaşmışdım. Demək olar ki, o vaxt üzərimdə həyəcan var idi.

Yəqin qarşıdakı Avropa oyunları Azərbaycanda olacaq. Gələn dəfə də çalışacam ki, yenə çempion olum.

Xəbər 1501 dəfə oxundu.