Bakıda Beynəlxalq Şahmat Federasiyasının Prezident Şurasının iclası keçiriləcək
İyunun 28-də Bakıdakı “Hilton” otelində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezident Şurasının iclası keçiriləcək.

FIDE prezidenti Arkadi Dvorkoviç Prezident Şurasında iştirak etmək üçün iyunun 27-də Bakıya gələcək. İki gün davam edəcək iclasda bir sıra vacib məsələlər müzakirə olunacaq. İclasda, həmçinin federasiyaların üzvlük haqlarının azaldılması məsələsinə baxılacaq. FIDE Prezident Şurasının iclasının sonunda yekun qərarlar barədə mətbuata məlumat veriləcək.

Xəbər 752 dəfə oxundu.