Klinsmann Foqtsu təriflədi
“Deməzdim ki, 1996-cı ildə Avropa çempionu olmağımızın əsas səbəbarı Mattias Zammerdir”. İdman.comaz saytı apasport.az-a istinadən xəbər verir ki, bu sözü Almaniya futbolunun əfsanələrindən olan Yurgen Klinsmann deyib.

O, Bundestimin qazandığı sonuncu titulu xatırlayaraq 1996-cı ildəki Avropa çempionluğunu baş məşqçinin adı ilə bağlayıb. Klinsmann hazırda Azərbaycan milli komandasına rəhbərlik edən Berti Foqtsun qızıl medalların qazanılmasındakı xidmətini yüksək qiymətləndirib:

“Düzdür, o, həm Almaniya, həm də Avropada ilin futbolçusu seçildi. Lakin Mattias komandamızın təcrübəli futbolçularından biri idi. Mənim üçün Avropa çempionatında cəmi 1 diqqətçəkən adam var idi. Bu da uğurumuzun səbəbkarı Berti Foqts idi. O, cəmi 4-5 təcrübəli futbolçuya malik olsa da, böyük məsuliyyətin altına girmişdi”.


Xəbər 872 dəfə oxundu.