VIII Latviya Gənclər Olimpiadasında 3 minə yaxın idmançı iştirak edəcək
İyulun 5-dən 7-dək Latviyanın Yelqava şəhərində VIII Latviya Gənclər Olimpiadası keçiriləcək.

İdman yarışında ölkənin bütün şəhər və qəsəbələrini təmsil edən 3000-ə yaxın idmançı iştirak edəcək. Onlar 29 idman növü üzrə mübarizə aparacaqlar. Ən yaxşı nəticə göstərənlər isə Azərbaycanın paytaxtı Bakıda keçiriləcək 2019 Avropa Gənclər Yay Olimpiya Festivalında ölkələrini təmsil edəcəklər.

Xəbər 646 dəfə oxundu.