Cəmaləddin Məhəmmədov: "Qalib gəlmək üçün çalışırdım"
"Yarışa qatılmaq şansını əldən vermədim və idmana başlanğıc etdim" Bu sözləri güləşçimiz Cəmaləddin Məhəmmədov “İdman” qəzetinin əməkdaşına deyib.


"Əlbəttə, hamı yarışlarda qızıl medal qazanıb, çempion olmaq istəyir. Mən də qızıl medal qazanmaq istəyirdim. Əməliyyata görə 1 ildi hazırlaşmıram. 2 həftəyə hazırlaşdım. Yarışa qatılmaq şansını əldən vermədim və başlanğıc etmək istədim. Qazandığım medaldan razıyam. Bəzi idmançılar çalışsalar da medal qazana bilmədilər. Buna görə də məyus olmağa dəyməz.

Bürünc medal görüşündəki rəqibimi çoxdan tanıyırdım. Qalib gəlmək üçün çalışırdım. Tatamiyə çıxan kimi rəqibi tuta biləcəyimi hiss edirdim. Fənd işlətmək istədim. Amma qolum əzildiyi üçün buraxdım və ona 2 xalı qazanmaq şansını verdim".

Xəbər 1376 dəfə oxundu.