Mahir Əmiraslanov: "Azərbaycan xalqına qızıl medal qazandırdığım üçün sevincliyəm"
"Bu gün ordumuzun yaranmasının 101-ci ildönümüdür. Ali baş Komandan başda olmaqla, bu qələbəni bütün əsgərlərimizə, ordumuza həsr edirəm. Bu sözləri güləşçimiz Mahir Əmiraslanov “İdman” qəzetinin əməkdaşına deyib.


"İkinci Avropa oyunlarında ilk qızıl medalı mən qazandım. Buna görə sevincliyəm. Bu gün ordumuzun yaranma günü, 101 illliyidir. Ali baş Komandan başda olmaqla bu qələbəni bütün əsgərlərimizə, ordumuza həsr edirəm.

Federasiya rəhbərliyinə, vitse-prezident Firdovsi müəllimə, Namiq müəllimə öz təşəkkürümü bildirirəm.

Azərbaycan xalqına qızıl medal qazandırdığım üçün sevinirəm. Axırıncı yox, axarıncı olsun və bayrağımız daima yüksəklərdə dalğalansın".

Xəbər 1492 dəfə oxundu.