DİN-in əməkdaşı yeddinci dəfə pauerliftinq üzrə Avropa çempionu olub
Rusiyanın Soçi şəhərində pauerliftinq üzrə Avropa çempionatı keçirilib.

Təcrübəli idmançılarla təmsil olunan milli komandamız bu yarışda yüksək nəticələr əldə edib. Milli komandanın tərkibində çıxış edən İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş serjantı Kamil Qafarov 90 kiloqram çəki dərəcəsində benç-press hərəkətində 215 kiloqram çəkinin öhdəsindən gələrək çempion adını qazanıb. O, təchizatla qaldırmada isə 257 kiloqramı ram edərək gümüş medala layiq görülüb. İdmançımıza Rusiya Federasiyasının idman sahəsində yüksək mükafatı da təqdim olunub.

Altıqat dünya və yeddiqat Avropa çempionu olan K.Qafarov bir sıra beynəlxalq turnirlərin də qalibidir.

Xəbər 1055 dəfə oxundu.