Xüsusi olimpiyaçılarımız futbol turnirində mübarizə aparacaqlar
İyunun 26-da Litvanın Kaunas şəhərində Litva kuboku uğrunda beynəlxalq futbol turniri start götürəcək.

Yarışda Azərbaycanı oğlanlardan ibarət yunifayd futbol komandası təmsil edəcək. Birləşmiş komandanın heyətində əqli məhdudiyyətli idmançılarla yanaşı, sağlam idmançılar da mübarizə aparacaqlar.

Turnirə iyunun 28-də yekun vurulacaq.

Xəbər 911 dəfə oxundu.