Azərbaycanın futbol hakimləri üçün seminar keçirilib
AFFA-nın Hakimlər Komitəsinin təlimçiləri və inkişaf qrupunda yer alan hakim və hakim köməkçiləri üçün seminar keçirilib.

Üç gün davam edən seminara UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassaras və AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik rəhbərlik edib.

Nəzəri və təcrübi biliklərin çatdırılması üçün müxtəlif üslublardan yararlanan seminar iştirakçılarına “Oyun Qaydaları”ndakı son dəyişikliklərlə bağlı məlumat verilib, onlar müxtəlif ölkələrin çempionat oyunlarından hazırlanmış videoları izləyib, müzakirələr aparıblar.

Seminarın sonunda fərqlənən Hakimlər Komitəsinin təlimçilərinə sertifikat verilib.

Xəbər 888 dəfə oxundu.