İrina Kindzerska: “Bütün qələbələr idmançı üçün böyük müvəffəqiyyətdir”
“Qarşıda dünya çempionatı var. Qalibiyyətim bu yarışlarda daha böyük şansa təkan verir”. Bu sözləri cüdoçumuz İrina Kindzerska “İdman” qəzetinin əməkdaşına deyib.

“Avropa oyunlarında bürünc medal qazanmaq asan deyil. Bütün qələbələr idmançı üçün böyük müvəffəqiyyətdir. Qarşıda dünya çempionatı, Olimpiya oyunları var. Qalibiyyətim bu yarışlarda daha böyük şansa təkan verir. Çalışacam səhv buraxmayım, bütün mükafatları qazanım.

Hakimlərin bəzi qərarlarına məyus oldum. Mübahisəli anlar var idi. Sonra özümü ələ aldım və anladım ki, hər hansı medal mənim üçün vacibdir, 1-ci ya 2-ci yer, fərq eləmir.

Həmyerlimi məğlub edərək, yenə də ən yaxşı olduğumu sübut etdim. Ukrayna milli komandasını rəqabət səbəbindən deyil, ailəm səbəbindən tərk etdim. Mənim həyat yoldaşım azərbaycanlıdır və mən düşündüm ki, onunla gəlməli, bundan sonra Azərbaycanın şərəfini qorumalıyam”.

Xəbər 1588 dəfə oxundu.