Elmar Qasımov: “Bu qalibiyyətim məni daha həvəsləndirdi”
"Bu qalibiyyətim məni daha da həvəsləndirdi. Artıq ürəklə məşqlərimə davam edəcəm". Bu sözləri ikinci Avropa Oyunlarında bürünc medal qazanan cüdoçumuz Elmar Qasımov “İdman” qəzetinin əməkdaşına deyib.

Olimpiya oyunlarına bir il qalıb. Burdakı nəticəyə görə üçüncü yerdəyəm. Mənim fikrimcə başlanğıc üçün yaxşıdır. Sonrakı hazırlıqlar daha məsuliyyətli və arxayın olacaq. 5-6 ay idi hazırlaşırdıq. Hazırlığımız boşa getmedi.

Görüşdə xəbərdarlıq almışdım, yan fəndə gedə bilmirdim. Rəqibim qolumu tutdu bir anlıq.
3-cü yer uğrunda rəqibimə 4-cü dəfə idi qalib gəlirdim. Güclü idmançı deyildi, amma bu dəfə çox yaxşı hazırlıq keçmişdi.

Olimpiya oyunlarından 1 il sonra məşq eləmədim. Psixoloji gərginlik keçirmişdim. Avropa oyunlarında həyəcan, gərginlik çox olur və bu da idmançıya təsir edir. Bu qalibiyyətim məni daha da həvəsləndirdi. Artıq ürəklə məşqlərimə davam edəcəm.

Elmar cüdoçularımızın nəticələri barədə danışarkən deyib ki, qızıl medalı 73 kq çəkidə gözləyirdik. Biz 4-5 ay məşq eləmişdik. Bizim çəkiyə (100 kq) görə yaxşı hazırlaşmışdıq, amma o səviyyəyə hazır deyildik.

Xəbər 1772 dəfə oxundu.