Məmmədəli Mehdiyev: "Bütün fikirlərimi topladım və qalib gəldim"
"Çalışacam gələn Avropa oyunlarına, qarşıda gələn dünya çempionatına yaxşı hazırlaşıb, bayrağımızı daha ucalara qaldırım". Bu sözləri bu gün Minskdə II Avropa Oyunlarının bürünc medalın qazanmış cüdoçumuz Məmmədəli Mehtiyev “İdman” qəzetinin əməkdaşına deyib.


Bir dəfəyə 2 medal qazanmaq çox gözəl hissdir. İndiyə qədər Avropa çempionatında və eləcə də Avropa oyunlarında medalım yox idi. Bir dəfəyə hər ikisini qazana bildiyim üçün xoşbəxtəm. Məqsədim minimum medalla qayıtmaq idi. Əlbəttə, istəyirdim finala çıxım, qızıl medal qazanım. Yarışa çox məsuliyyətli yanaşdım. Həyəcan var idi, bu da finala çıxmağıma mane oldu. Bu idmandı, uğursuzluq da ola bilər.

Bürünc medal uğrunda mübarizədə rəqib çalışırdı mənə cərimə xalı yazdırsın. Təslim olmaq istəmirdi. Bütün fikirlərimi topladım və qalib gəldim. Çalışacam gələn Avropa oyunlarına, qarşıda gələn dünya çempionatına yaxşı hazırlaşıb, bayrağımızı daha ucalara qaldırım.

Xəbər 933 dəfə oxundu.