Avropa Oyunları: 4-cü gün: Sotomayor medalın bir addımlığında- YENİLƏNİB
Minskdə ikinci Avropa Oyunlarının 4-cü günündə 4 boksçumuz 1/8 finalda qüvvəsini sınayacaq. Günün yarış cədvəli belədir:

15:45. 1/8 final. Tayfur Əliyev (56 kq) – Mıkola Butsenko (Ukrayna)
17:30. 1/8 final. Məryəm Cəbrayılova (69 kq) – Vivyen Buday (Macarıstan)
20:00. 1/8 final. Məsud Yusifzadə (52 kq) - Dmıtro Zamotayev (Ukrayna)
21:00. 1/8 final. Lorenso Sotomayor (69 kq) – Adəm Fətahoviç (Bosniya və Herseqovina)

***

1/8 finalda 56 kq çəki dərəcəsində Tayfur Əliyev rəqibi ukraynalı Mikola Butsenkoya məğlub olub.

***

69 kq çəki dərəcəsində Məryəm Cəbrayılova macarıstanlı Vivyen Budaya uduzub.

***

1/8 finalda Məsud Yusifzadə (52 kq) rəqibi ukraynalı Dmıtro Zamotayev məğlub olub.

***

Lorenso Sotomayor (69 kq) rəqibi Adəm Fətahoviçi (Bosniya vəHerseqovina) məğlub edib. 1/4 finalda onun rəqibi kosovolu Patriot Bəhramidir.

Xəbər 783 dəfə oxundu.