Rüstəm Orucov Avropa Oyunlarında Azərbaycana gümüş medal qazandırıb
Azərbaycan cüdoçusu Rüstəm Orucov Minskdə keçirilən ikinci Avropa Oyunlarında gümüş medal qazanıb.

Minskdə ikinci Avropa Oyunlarında Azərbaycan komandasının medal daxılının zənginləşdiyi üçüncü gün də əlamətdar hadisələrlə zəngin olub. Cüdoçuların ilk medal soraqçısı olaraq, 73 kq çəki dərəcəsində finala çıxan bayraqdar Rüstəm Orucov hər görüşdə qələbə əzmi ilə döyüşüb. O, mübarizəyə 1/16 finalda monakolu Sedrik Bessi ilə başlayıb. Görüş elə birinci dəqiqədə başa çatıb. 57-ci saniyədə Rüstəm rəqibini ippon fəndi ilə məlub edib və 1/8 finala adlayıb. Rüstəm 1/8 final mübarizəsində italiyalı Fabio Bazileyə qalib gəlib. Görüşün lap əvvəlində rəqib vazari fəndi ilə üstünlük qazansa da, idmançımız qüvvəsini toplayıb, 4-cü dəqiqənin yarısında ippon fəndi ilə effektli qələbə əldə edib. Rüstəm Orucoun 1/4 finalda rəqibi ermənistanlı Ferdinand Karapetyanla mübarizəyə ciddi yanaşaraq, ustalığı və taktiki mübarizəsi ilə rəqibindən üstün olduğunu nümayiş etdirib. İdmançımız 4-cü dəqiqədə vazari xalı ilə qiymətləndirilən fəndlə qalib gələrək yarımfinala çıxıb. 73 kq çəki dərəcəsində Rüstəm Orucov yunanıstanlı Georgios Azoidisə 2-ci dəqiqənin başa çatmasına 10 saniyə qalmış ippon qiymətli fənd işlədərək, finala çıxıb.

Finalda 73 kq çəki dərəcəsində Rüstəm Orucov gərgin rəqabətdə İsveçli rəqibinə uduzub. Hər rəqib bir vazari xalı qazanıb. Rəqib 4-cü dəqiqədə ipponla qalib gəlib.


Xəbər 683 dəfə oxundu.