Avropa Oyunları: 3-cü gün: Məşayxi-Ruhidil cütlüyü 3-cü medalını qazandı YENİLƏNİB
“Minsk-2019” ikinci Avropa Oyunlarının üçüncü günündə Artıq iki medalı olan akrobatlar Abdulla Əl Məşayxi və Ruhidil Qurbanlı qarışıq cütlüyü çoxnövçülükdə qarışıq hərəkətlər proqramında yarışacaqlar.

Bədii gimnastların yarışında isə qrupların mübarizəsi də başlanır. Ayşən Bayramova, Zeynəb Hümmətova, Diana Əhmədbəyli, Aliyə Paşayeva və Darya Sorokinadan ibarət heyət qrup çoxnövülüyünün 3 halqa vg 4 gürz, daha sonra 5 topla hərəkətlərdə medallar uğrunda yarışacaqlar.

Bədii gimnastlar 5 topla 20.700 bal toplayıblar. 3 halqa və 2 gürzlə 24.275 xal, cəmdə 44.975 xalla 6-cı yerdədirlər.


Məşayxi-Ruhidil cütlüyü 29.540 xalla gümüş medal qazanıblar.



Xəbər 813 dəfə oxundu.