Avropa Oyunları: 3-cü gün: velosipedçilərin gərgin finiş mübarizəsi YENİLƏNİB
“Minsk-2019” ikinci Avropa Oyunlarının üçüncü günündə kişi velosipedçilərin şose yürüşü başlanır.

Qrup yarışında Elçin Əsədov, Samir Cəbrayılov, Mikayıl Səfərli, Musa Mikayılzadə start xəttinə çıxacaqlar.

***

15-ci kilometrin hesabatında komandamızın üzvləri liderdən 1 dəqiqə 2 saniyə geri qalmaqla, əsas pelotonda irəliləyirlər.


***

30 km-də nəticələrə əsasən, təmsilçilərimiz 3 dəqiqə 1 saniyə fərqlə əsas pelotonda liderləri təqib edirlər.

***

45-ci kilometrdə komandamızın üzvləri 5 dəqiqə 16 saniyə fərqlə liderlərin arxasında əsas pelotonda mübarizəni davam etdirirlər.

***

60 kilometrlik yürüşdən sonra Elçin Əsədov öndə olmaqla, komandamızın velosipedçiləri lider kvartetindən 5 dəqiqə 58 saniyə geri qalmaqla əsas peltonda yürüş davam etdirir.


***

75-ci kilometrdə komandamızın üzvləri lider təqibçiləri arasında 5 dəqiqə 29 saniyə fərqlə irəliləyirlər.

***

90 km-dən sonra əsas peloton liderlərdən fərqi bir qədər də azaldıb. Komandamızın üzvləri ilk 20-likdə olmaqla, bu qrupda 5 dəqiqə 1 saniyə fərqlə təqibdədirlər.

***

105 kmlik məsafədə liderlərlə fərq bir qədər də azalıb. Əsas peloton komandamızın üzvləri də daxil olmaqla 4 dəəqiqə 16 saniyəlik məsafədə hərəkət edirlər.

***

120-ci kilometrdə liderlərlə aradakı fərq bir əsaslı şəkildə azalıb. Komandamızın da yer aldığı əsas peloton 2 dəqiqə 51 saniyə geridədir.

***

135 kilometrdən sonra lider üçlüyü ilə fərq 1 dəqiqə 20 saniyə təşkil edir.

Yekunda Samir Cəbrayılov 63-cü yer, Elçin Əsədov 104-cü yerdə yarışı başa vurublar.

Xəbər 757 dəfə oxundu.