Avropa Oyunları: 3-cü gün: Ağasif Səmədov ikinci Avropa Oyunlarında gümüş medal qazanıb YENİLƏNİB
Samboçular da uğur seriyasını davam etdirməyə çalışacaqlar. Bütün görüşlər 1/4 final mərhələsindən başlanır. Ağasif Səmədov (52 kq) ilk görüşündə litvalı Gintaras Katkusla tutaşacaraq, böyük üstünlüklə qalib gəlib və yarımfinalda Belarus idmançısı Maksim Krasinski ilə qarşılaşacaq.

***

Cavidan Qarayev (62 kq) yunan Savvas Karakizidislə gücünü sınayaraq, texniki təsnifat xalı ilə məğlub olub, lakin o, bürünc medal uğrunda yarışmaq hüququnu qorumaq üçün təsəlliverici görüşdə qüvvəsini sınayacaq. Bu mərhələdə Cavidanın rəqibi estoniyalı Vadim Fomin olacaq. Bu görüşdə qalib gələrsə, onun bürünc uğrunda rəqibi gürcüstanlı Genadi Çiraqadze olacaq.

***

Təsəlliverici görüşdə Cavidan Qarayev (62 kq) estoniyalı Vadim Fomini təmiz qələbə ilə məlub edərək, bürünc medal urunda görüşə vəsiqə alıb. Onun rəqibi gürcüstanlı Genadi Çiraqadzedir.

***

Bürünc medal uğrunda görüşdə Cavidan Qarayev (62 kq) gürcüstanlı rəqibinə məğlub olub.

***

Abdulla Abdullayev (74 kq) Xorvatiyadan Dino-Dominits Sumporla üz-üzə gəlib. Gənc idmançımız görüşün əvvəlində çox ehtiyatlı davranaraq, rəqibini öyrənmək, lakin nəzarəti əldən verməmək istəsə də, təcrübəli rəqibi bunu əyani şəkildə hiss edərək ilk xalı qazandı. Görüşün sonunda idmançımızın yenidən tarazlığı bərpa etməyə yaxın olsa da, minimal hesabla məğlub oldu – 3:4. Bürünc uğrunda təsəlliverici görüşə vəsiqə əldə etmiş idmançımızın rəqibi ermənistanlı Arsen Qazaryan olacaq. Bu görüşdə qalib gələrsə, Abdulla Abdullayevin rəqibi Yunanıstanı təmsil edən Georgios Markaryan olacaq.

***

Təsəlliverici görüşdə Abdulla Abdullayev (74 kq) məğlub olaraq, medal uğrunda mübarizədən kənar qalıb.

***

Yarımfinal görüşündə Ağasif Səmədov (52 kq) Belarus idmançısı Maksim Krasinskiyə böyük üstünlüklə qalib gələrək, finala çıxıb. Onun rəqibi ermənistanlı Tiqran Kirakosyan olacaq.

***

Ağasif Səmədov (52 kq) final görüşməsində rəqibinə məğlub olub və gümüş medal qazanıbb.

Xəbər 816 dəfə oxundu.