3-cü matçda kim qalib gələcək?
Kişi basketbolçular arasında XIX Azərbaycan çemionatının final mərhələsinin 3-cü oyunlarının keçirilmə vaxtı açıqlanıb. İdman.com.az saytının məlumatına görə, “Araz” və “Qala” arasında növbəti görüş mayın 12-də olacaq.

Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək qarşılaşma saat 14:00-da başlayacaq. Qeyd edək ki, 3 qələbəyədək davam edən final seriyasında hesab hələlik bərabərdir - 1:1. İlk matçda son çempion “Araz” 100:85 hesabı ilə qalib gəlmişdisə, ikinci oyunda 79:83 hesabı ilə uduzub.

Xəbər 1145 dəfə oxundu.