Abdulla-Ruhidil cütlüyü bir günə iki medal qazandı
Samboçularda olduğu kimi, gimnastika ustaları da günü major notla başa vurublar. Akrobatların qarışıq qoşa yarışında dinamik hərəkətlərdə gümüş medal qazanmış Abdulla Əl Məşayxi və Ruhidil Qurbanlı tarazlıq proqramında yüksək səviyyədə çıxış nümayiş etdiriblər.

Rusiyalı idmançılardan sonra səhnəyə çıxan atletlərimizə hakimlər 28.160 bal veriblər. Yekunda onları ev sahibləri - Belarus idmançıları da qabaqlayıblar. Nəticə etibarı ilə, bu dəfə də fəxri kürsüdə yer alan atletlərimiz bürünc medala layiq görülüblər.

Beləliklə, əsas medal gününü ölkəmiz 1 gümüş və 3 bürünc medalla başa vurub. Digər iki bürünc medalı samboçular əldə ediblər.

Xəbər 713 dəfə oxundu.