Avropa Oyunlarında ikinci medalı samboçumuz qazandı
Minskdə Avropa Oyunlarının ilk əsas medal günü ölkə idmançı üçün əlamətdar hadisələrlə davam edir. Akrobatların ardınca medal sorğaı sambo döşəyi ühərindən gəldi. Həm də ən parlaq qələbə ilə.

Mübarizəyə ev sahibi Vladislav Burdzla görüşdə məğlubiyyətlə başlayan Mehman Xəlilov (57 kq), daha sonra rəqib olmadığı üçün birbaşa 3-cü yer uğrunda döyüşə çıxıb.

Burada idmançımızın rəqibi Ermənistanı təmil edən Maksim Manukyan idi. Pəhləvanımız rəqibinə heç bir şans verməyərək, elə əvvəldən əzmkarlıq nümayiş etdirib və fəndləri, xalları bir-birinin ardınca düzüb. Yekunda o, 9:1 hesabı ilə parlaq qələbə qazanıb və medal daxılımıza daha bir medalı bürünc əyarla əlavə edib.

Ölkəmiz əsas yarışların birinci günü iki medal qazanıb – gümüş və bürünc.

Yarışlar davam edir.

Xəbər 666 dəfə oxundu.