Minskdə Avropa Olimpiya Komitələrinin fövqəladə Baş Assambleyası keçirildi
22 iyun 2019 22 iyun 2019-cu il tarixində Belarusun Minsk şəhərində Avropa Olimpiya Komitələrinin fövqəladə Baş Assambleyası keçirildi. Assambleyada Azərbaycanı Milli Olimpiya Komitəsinin vitse-prezidenti və Avropa Olimpiya Komitələrinin icraiyyə komitəsinin üzvü Çingiz Hüseynzadə təmsil etmişdir. İclasda müzakirə olunan əsas məsələ 3-cü Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərin seçimi olmuşdur. Baş Assambleya Polşanın Krakov şəhəri tərəfindən təqdim olunan ev sahibliyi ərizəsini müzakirə etdikdən sonra 3-cü Avropa Oyunları 2023-cü ildə Krakov şəhərində keçirilməsi qərarını təsdiqlənmişdir.

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi
22 iyun 2019-cu il

Xəbər 1264 dəfə oxundu.