Raqif Abbasov: "Bakı-2015-in açılışı, zamanı qabaqlayan bir hadisə idi" MÜSAHİBƏ
Belarusun paytaxtı Minskdə start götürmüş ikinci Avropa Oyunlarında həyəcanlı anlar başlanıb, mübarizə meydanları qızışır. Bu ərəfədə isə təntənəli açılış mərasimi baş tutdu. Oyunlarla bağlı ilk təssüratlarımızla Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovla həmsöhbət olduq.


- Belarusun ikinci Avropa Oyunlarına hazırlığı ilə bağlı nə deyə bilərsiniz?


- Azərbaycanın nümayəndə heyəti Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsinin təşkilatçılığı şəraitində artıq müəyyən müddətdir ki, Olimpiya kəndindədir. Serbiya, Fransa, Slovakiya komandaları ilə bir binada qonşuluqda yaşayırıq. Hər şey yaxşı təşkil olunub. İdmançıların yerləşdirilməsi, qidalanması ilkin mərhələdə olan məsələlər idi. Tibbi nəzarət məsələsi ciddi nəzarətimizdədir. Antidopinqlə bağlı müvafiq informasiya da təqdim olunub.
Azərbaycan komandası açılışda iştirak etdi və böyük coşqu ilə qarşılandı. Onu da əlavə edim ki, Avropa Oyunlarının ilkini keçirən bir ölkə kimi atletlər kəndində, müxtəlif görüşlərdə federasiyalarla müzakirələr zamanı Azərbaycanın möhtəşəm təşkilatçılığı və bu Oyunların yaranmasındakı zəhməti xüsusi qeyd edilir. Minskdə də ənənəvi olimpiya oyunlarında, Avropa oyunlarında, qitə yarışlarında açılış üslubu qorunub saxlanıldı. Milli dəyərlərin təbliğ olunması, milli musiqi, adət-ənənə və bu fonda idmançıların paradı görünən tərəfi ilə ən yaddaqalan, möhtəşəm, kütləvi açılışı böyük zövqlə izlənildi. Düşünürük ki, 82 idmançıdan ibarət olan yığma komandamız Azərbaycanı bol medallarla sevindirəcək.

- Minskdə açılış mərasimi Azərbaycanda 4 il bundan qabaq olan mərasim ilə müqayisə etsək, təəssüratlarınız necə oldu?

- Bilirsiniz ki, zaman dayanmır, həyat dövr edir. Lakin Azərbaycanın təşkilatçılığı və . İstər açılış, istər digər təşkilatçılıq, istər münasibət, ünsiyyət, nəqliyyat mexanizminin təşkili, bəlkə də heç bir təşkilatçı tərəfindən bundan sonra Azərbaycanda keçirilidiyi kimi təkrarlanmayacaq. Bunu Belarus rəsmiləri də, təşkilatçıları da etiraf edirlər.

Xəbər 1198 dəfə oxundu.