Ozay Qasımova 1/32 final yarışında almaniyalı rəqiblə qarşılaşacaq YENİLƏNİB
İyunun 21-də Belarusun paytaxtı Minskdə start götürən ikinci Avropa Oyunlarının birinci günündə kamandan oxatma yarışları başlayıb.

Ozay Qasımova qadınların klassik kamandan oxatma yarışında, reytinq raundunda birinci mərhələdə 289 xal, ikincidə 297 xal və cəmdə 586 xal toplayıb.

Qeyd edək ki, həmyerlimiz qadınların klassik kamandan oxatma üzrə 1/32 final yarışında almaniyalı Elena Luiza Senta Rixterlə qarşılaşacaq. Qarşılaşma iyunun 25-də yerli vaxtla saat 11:00-da başlanacaq.

Xəbər 641 dəfə oxundu.