Teo Mauxer: Bu veloyürüş Yelena Çalıx üçün əsl hazırlıq olacaq
«Ulu öndər Heydər Əliyevin xatirəsinə keçiriləcək veloyürüş olimpiada ərəfəsində Yelena Çalıx üçün əsl hazırlıq olacaq». Bunu idman.com.az saytına açıqlamasında Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı direktoru Teo Mauxer dedi.

Bu gün «Hilton» mehmanxanasında yarışın Bakı ofisinin mətbuat mərkəzinin açılışında iştirak edən mütəxəssis qeyd etdi ki, xanım idmançımız qadınların mübarizəsində bizdən yeganə iştirakçı olacaq:

«Yelena Çalıx indi yaxşı formadadır. Fikrimcə, o, rəqabətə rəng qatacaq. London oyunları ərəfəsində keçiriləcək bu velotur idmançıların hazırlıq mərhələsində mühüm rol oynayacaq».

Xəbər 1520 dəfə oxundu.