Minskdə Azərbaycan günü qeyd edilib
Belarusun paytaxtı Minskdə II Avropa Oyunları çərçivəsində Azərbaycan günü qeyd edilib.

Azsport.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə öz çıxışında Belarusla Azərbaycanın dost ölkələr olduğunu vurğulayıb. Qeyd edib ki, ölkələr həmişə bir-birlərini dəstəkləyiblər. "Biz əminik ki, Belarus xalqı yarışlar zamanı da tribunalarında Azərbaycanı dəstəkləyəcək, idmançılarımıza azarkeşlik edəcəklər".

Sonra konsert proqramında Azərbaycan incəsənət ustadları çıxış ediblər. Azərbaycan pavilyonunda qonaqlara milli şirniyyatlarımız təqdim edilib.

Tədbir çərçivəsində Azərbaycan pavilyonunda ilk Avropa oyunlarına həsr olunan sərgi də təşkil edilib.

Xəbər 810 dəfə oxundu.