II Avropa Oyunlarında 3600-dən çox idmançı iştirak edəcək
Minskdə keçiriləcək II Avropa Oyunlarında 3667 idmançı iştirak edəcək. Bunu Avropa Olimpiya Komitəsinin II Avropa Oyunları üzrə əlaqələndirmə komissiyasının sədri Spiros Kapralos iyunun 20-də jurnalistlərə bildirib.

O deyib: “Avropa Oyunlarında maksimum 4 min idmançı iştirak edə bilər. Lakin bu yarışlara 3667 idmançı qatılacaq. Əgər yarışlara neçə ölkənin öz atletlərini göndərəcəyi nəzərə alınsa, bu, cüzi ixtisardır”.

II Avropa Oyunları iyunun 21-dən 30-dək Minskdə keçiriləcək. Bu Oyunlarda 50-dən çox ölkənin təmsilçiləri idmanın 15 növündə 200 dəst medal uğrunda mübarizə aparacaqlar. İdmanın 8 növündə yarışlar 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunları üçün təsnifat yarışları hesab ediləcək.

Xəbər 714 dəfə oxundu.