Cüdo üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri müəyyənləşib
Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə yeniyetmələr (2008-2009-cu illər) arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi birincilikdə idmançılar 9 çəki dərəcəsində mübarizə aparıblar. Yarışda qız idmançılar da güclərini sınayıblar.

Yekun nəticəyə əsasən Elvin Cəfərli (24 kiloqram), Əliislam Səfərov (27 kiloqram), Əli Cəfərov (30 kiloqram), Atilla Rəhimli (34 kiloqram), Nurəddin Əkbərli (38 kiloqram), Tayfun İmanlı (46 kiloqram), Aqil Hüseynov (50 kiloqram) və İsa Həbibbəyli (55 kiloqram) öz çəki dərəcələrində qalib adını qazanıblar.

Qızların yarışında isə Səkinə Bağırlı (30 kiloqram) hamıdan güclü olub.

Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar diplomlarla təltif ediliblər.

Xəbər 764 dəfə oxundu.