“Zirə” yay hazırlığını Türkiyədə keçirəcək
“Zirə” futbol komandasının yay təlim-məşq toplanışının planı açıqlanıb.

Azsport.az klubun saytına istinadla xəbər verir ki, ikimərhələli hazırlıq planının birinci hissəsi iyunun 21-dən iyulun 19-dək Bakıda təşkil olunacaq. Bu müddətdə dörd yoxlama oyunu nəzərdə tutulub. “Zirə” iyunun 29-da “Qəbələ”, iyulun 6-da “Sabah”, iyulun 13-də “Keşlə” komandaları ilə qarşılaşacaq. İyulun 19-da keçiriləcək oyun üçün rəqib hələ müəyyənləşməyib.

Hazırlığın ikinci mərhələsi iyulun 20-dən avqustun 4-dək Türkiyənin Bolu şəhərində təşkil olunacaq. Komanda bu mərhələdə də dörd yoxlama oyunu keçirəcək. Qarşılaşmaların iyulun 23-də, 26-da, 30-da və avqustun 3-də oynanılması nəzərdə tutulub.

Xəbər 815 dəfə oxundu.