“Xəzər Lənkəran”ın məktubuna baxılacaq
Bu gün AFFA-nın İntizam Komitəsinin (İK) iclası keçirilib. İdman.com.az saytının məlumatına görə, “Xəzər Lənkəran” quruma məktubla müraciət edərək, son turda “Qəbələ” ilə ev oyununda hakimliklə bağlı narazılığını bildirib. İK-in çıxardığı qərara əsasən AFFA-nın Hakimlər Komitəsi Rəhim Həsənovun başçılıq etdiyi hakimlərin idarəçiliyini dəyərləndirdikdən sonra növbəti iclasına kimi ona məlumat verməlidir.

Həmin matçın 31-ci dəqiqəsində 2-ci sarı vərəqə görə meydandan kənarlaşdırılan “Qəbələ”nin futbolçusu Aleksandr Çertoqanov 1 oyunluq cəzaya və 200 manat cəriməyə məruz qalıb. “Simurq” – “Rəvan” oyununda qonaqlar 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 1000 manat cərimə ödəməli olacaq. Oyunun 90+3-cü dəqiqəsində qonaqların futbolçusu Samuel Barlay idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimələnib.

Xəbər 1175 dəfə oxundu.