“Gənc istedadlar” komandası “Gənclər kuboku” şahmat turnirinə liderlik edir
Xəzər Universitetinin Şahmat Akademiyasında keçirilən “Gənclər kuboku” uğrunda komanda reytinq yarışı davam edir.

FIDE qaydaları üzrə keçirilən turnirdə üç turdan sonra “Gənc istedadlar” komandası liderdir. “Chess.az” və “Armaqeddon” komandaları isə 2-3-cü yerləri bölüşürlər.

İyunun 19-da - turnirdə dördüncü və beşinci turun oyunları keçirilir. Yarış iyunun 21-dək davam edəcək.

“Gənclər kuboku”nda “Armaqeddon”, “Chess.az”, “Ulduz”, “Gənc ulduzlar”, “Gənc istedadlar”, “I&M”, “Naxçıvan”, “Bakı-Sumqayıt” və “Elfim” komandaları mübarizə aparırlar.

Turnirdə yalnız reytinqli şahmatçılar iştirak edirlər.

Xəbər 789 dəfə oxundu.