“Səbail” futbol klubu müdafiəçi Maudo Jarjue ilə yollarını ayırıb | |
“Səbail” klubu daha bir futbolçu ilə yollarını ayırıb. Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək klub müdafiəçi Maudo Jarjue ilə vidalaşıb. M.Jarjue 2017-ci ildən “Səbail” klubunun formasını geyinib. O, paytaxt təmsilçisinin heyətində 50 oyunda meydana əsas heyətdə çıxıb. “Səbail” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Rumıniyanın “Kraivo” komandası ilə üz-üzə gələcək. İlk oyun iyulun 11-də Bakıda, cavab görüşü iyulun 18-də Krayovada keçiriləcək. |
|
Xəbər 799 dəfə oxundu. |
|
|