Olimpiada Türkiyədə keçiriləcək
Türkiyənin İstanbul şəhərində kişi və qadınlar şahmatçılar arasında keçiriləcək olimpiadanın tarixi və proqramı müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, Azərbaycan milli komandalarının da qatılacağı yarış avqustun 27-də başlayıb, sentyabrın 9-da başa çatacaq.

Turnirin I turuna avqustun 28-də start veriləcək. Yarışda sentyabrın 2-si və 8-i istirahət günləri olacaq. Qaliblər isə həmişəki kimi XI turun yekununa əsasən müəyyənləşəcək.

Qeyd edək ki, şahmat üzrə olimpiada London Yay Olimpiya Oyunlarından 15 gün sonra başlayacaq. Dünyanın ən möhtəşəm yarışı isə iyulun 27-də start götürəcək və 15 gün davam edəcək.

Xəbər 1112 dəfə oxundu.