“Sumqayıt” klubu ənənəvi “Yay futbol düşərgəsi” layihəsinə start verib
Sumqayıtda məktəblilər üçün “Yay futbol düşərgəsi” layihəsinə start verilib. Layihə “Kapital Bank” ASC-nin, “Paşa Həyat Sığorta” ASC-nin sponsorluğu, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin, “Azərikimya” İstehsalat Birliyinin və klubun təşkilatçılığı ilə reallaşdırılır.

Doqquz gün müddətində üç qrup üzrə keçiriləcək layihədə Sumqayıtdakı 48 məktəb və liseyin tədris ilində fərqlənən yüzdən çox oğlan və qız şagirdi iştirak edir.

Məqsəd yeniyetmə və gənc şagirdlərin futbola cəlb olunması, məktəblilərin təhsilə həvəsləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili və futbolun kütləviliyinin artırılmasıdır.

Xatırladaq ki, “Sumqayıt” futbol klubu “Yay futbol düşərgəsi”ni 2014-cü ildən həyata keçirir.


Xəbər 665 dəfə oxundu.