Qadın güləşçilərimizin Minskdə təlim-məşq toplanışı davam edir
Qadın güləşçilərdən ibarət Azərbaycan yığması Belarusda təlim-məşq toplanışını davam etdirir.

Azsport.az Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, bu, iyunun 8-dən Minskdə hazırlıqlara başlayan millimizin II Avropa Oyunlarından əvvəl sonuncu təlim-məşq toplanışıdır. Baş məşqçi Aslan Ağayevin və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi ilə keçirilən məşqlər əsasən taktiki-texniki hazırlıq üzərində qurulub.

Təlim-məşq toplanışı yerli komanda ilə birgə həyata keçirilir.

Xəbər 822 dəfə oxundu.