Şahmat üzrə “Armaqeddon 2019” turnirinin qalibi müəyyənləşib
Moskvada şahmat üzrə keçirilən “Armaqeddon 2019” turnirinin qalibi müəyyənləşib.

Yarışda 8 şahmatçı iştirak edib. Qələbə uğrunda rusiyalı şahmatçılar Vladimir Kramnik, Sergey Karyagin və Yan Nepomnyaşi mübarizə aparıblar. Superfinalın Sergey Karyagin-Yan Nepomnyaşi qarşılaşmasında Sergey iki partiyada qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycanı təmsil edən qrossmeyster Teymur Rəcəbov turnirin yarımfinal mərhələsində məğlub olaraq mübarizəni dayandırıb.

Xəbər 786 dəfə oxundu.