Şahmat üzrə “Gənclər kuboku” uğrunda komanda reytinq yarışı keçirilir
Xəzər Universitetinin Şahmat Akademiyasında “Gənclər kuboku” uğrunda komanda reytinq yarışı start götürüb.

FIDE qaydaları üzrə keçirilən turnir iyunun 21-dək davam edəcək. “Gənclər kuboku”nda “Armaqeddon”, “Chess.az”, “Ulduz”, “Gənc ulduzlar”, “Gənc istedadlar”, “I&M”, “Naxçıvan”, “Bakı-Sumqayıt” və “Elfim” komandaları mübarizə aparırlar.

Turnirdə yalnız reytinqli şahmatçılar iştirak edirlər.


Xəbər 734 dəfə oxundu.