KİV əməkdaşları arasında şahmat turniri keçiriləcək
Mayın 10-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə KİV əməkdaşları arasında «Azərbaycan» nəşriyyatının mükafatı uğrunda XV ənənəvi şahmat turnirinə start veriləcək. İdman.com.az saytının məlumatına görə, hər gün saat 16:00-da başlayacaq yarış ayın sonunadək davam edəcək.

İştirak etmək istəyənlərin qeydiyyatdan keçmələri xahiş olunur. Bununla əlaqədar həmkarlarımız təşkilat komitəsinin üzvləri Mehdi Abbasova («AA Biznesmən» jurnalı) və Xəlil Cabbarova («Respublika») müraciət edə bilərlər.
Əlaqə telefonları: (055) 715-87-50, (050) 611-67-41

Xəbər 1113 dəfə oxundu.