Azərbaycanı “Minsk-2019”da təmsil edəcək boksçular müəyyənləşib
Azərbaycanı ikinci Avropa Oyunlarında təmsil edəcək boksçuların adları müəyyənləşib.

Komandamız iyunun 21-dən 30-dək keçiriləcək “Minsk-2019”da 11 idmançı ilə təmsil olunacaq. Kişilərin yarışında ölkəmizin idman şərəfini Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Dominqes Alfonso (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) qoruyacaqlar.

Qadın boksçuların mübarizəsində isə rinqə Məryəm Cəbrayılova (69 kq) çıxacaq.

Boks yarışları Minskin “Uruçye” İdman Sarayında keçiriləcək.

Qeyd edək ki, artıq təlim-məşq toplanışını yekunlaşdıran yığmamız iyunun 18-də Belarusa yola düşəcək.

AZƏRTAC

Xəbər 823 dəfə oxundu.