Futvolley üzrə Azərbaycan kuboku yarışı keçiriləcək
İyunun 16-da Bakıda Azərbaycan Futnet Federasiyasının təşkilatçılığı ilə futvolley üzrə Azərbaycan kuboku yarışı keçiriləcək.

Yarışda 6 komanda iştirak edəcək.

Turnir dairəvi sistem üzrə təşkil ediləcək. Sonda ən yüksək xal toplamış komanda qalib olacaq.

Qeyd edək ki, iyulda futvolley üzrə Azərbaycan çempionatı, avqustda isə ənənəvi beynəlxalq tunir təşkil olunacaq. Beynəlxalq turnirdə 20-dən çox ölkənin komandaları mübarizə aparacaq.

AZƏRTAC

Xəbər 674 dəfə oxundu.