Yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək | |
Mayın 15-18-də Hövsan Olimpiya Idman Kompleksində yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında Azərbaycan birinciliyi keçiriləcək. İdman.com.az saytının məlumatına görə, FİLA-nın mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyacaq birincilikdə respublikanın demək olar ki, bütün bölgələrini təmsil edən 1995-96-cı il təvəllüdlü idmançılar 10 çəki dərəcəsində mübarizə aparacaqlar. Yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşqi takmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir. Turnirin proqramına görə, mayın 15-16-da sərbəst, mayın 17-18-də isə yunan-Roma güləşçiləri arasında ən güclülər müəyyənləşəcək. Yarışlar hər gün səhər saat 10:00-da başlanacaq. Təntənəli açılış marasimi mayın 15-i, saat 17:00-a təyin edilib. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb olunacaq. |
|
Xəbər 1428 dəfə oxundu. |
|
|