Azərbaycanlı idmançılar Tunisdə keçirilən savat üzrə dünya çempionatında yarımfinala yüksəliblər
Tunisin Hammamet şəhərində savat (Fransa boksu) üzrə dünya çempionatına start verilib.

50 ölkədən 600-dək idmançının qatıldığı yarışda ölkəmizi Nurlan Qədimov (70 kq), Bəhruz Çıraqov (75 kq) və Tural Bayramov (85 kq) təmsil edirlər. İdmançılarımızın hər biri üç görüş keçirərək yarımfinala yüksəlib.

Komandamızın üzvləri çempionatda federasiya prezidenti Rafiq Əliyevin və icraçı direktor Sənan Abdullayevin rəhbərliyi ilə mübarizə aparırlar.

Xəbər 669 dəfə oxundu.