İsmayıllıda futbol çempionatının qalibləri mükafatlandırılıblar
İsmayıllıda rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Milli Qurtuluş Gününə həsr olunan futbol çempionatı başa çatıb.

İyun ayının 5-dən start götürən çempionatda 10 komanda iştirak edib.

Çempionatın final yarışı İsmayıllı Olimpiya İdman Kompleksində “Babadağ” və Hacıhətəmli bələdiyyəsinin komandaları arasında keçirilib. Hacıhətəmlinin futbol komandası çempion adını qazanıb. İkinci pillədə “Babadağ” komandası qərar tutub, üçüncü yeri isə “Aşağıbaş” komandası qazanıb.

Qaliblərə kubok, diplom və medallar təqdim olunub.

Xəbər 755 dəfə oxundu.