Şağan Olimpiya İdman Kompleksində Braziliya ciu-citsusu üzrə Bakı çempionatı keçiriləcək
İyunun 15-16-da Şağan Olimpiya İdman Kompleksində Braziliya ciu-citsusu üzrə Bakı çempionatı keçiriləcək.

Yarış yeniyetmələr, gənclər və kişilər arasında keçiriləcək. Çempionatda Bakının idman klublarında 100-ə yaxın idmançı birincilik uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cui-Citsu Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Xəbər 827 dəfə oxundu.