Futbol üzrə Azərbaycan yığmasının Şimali Makedoniya komandası ilə oyunu heç-heçə başa çatıb
Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 2:2 hesab ilə başa çatıb. Yığmamızın heyətində Amin Qarayev və İxtiyar Məmiyev fərqləniblər.

Xəbər 762 dəfə oxundu.