Gimnastika üzrə “Aquatic Cup 2019” beynəlxalq turnirinin açılış mərasimi keçirilib
Azərbaycan Gimnastika Federasiyasının və Bakı Su İdmanı Sarayının təşkilatçılığı ilə keçirilən ikinci “Aquatic Cup 2019” beynəlxalq turnirin açılış mərasimi olub.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra iştirakçı komandalar meydana daxil olublar.

Tədbirdə çıxış edən Su İdmanı Sarayının bədii gimnastika üzrə baş məşqçisi, beynəlxalq dərəcəli hakim Aysel Allahverdiyeva ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafından danışıb, bədii gimnastika üzrə son illər böyük nailiyyətlərin əldə edildiyini bildirib. Qeyd edib ki, iki gün davam edəcək turnirdə Azərbaycanın gimnastları ilə yanaşı, Rusiya, Qazaxıstan və Özbəkistan təmsilçiləri də iştirak edirlər.

Açılış mərasimi gimnastların nümunəvi çıxışları və bədii hissə ilə davam edib.

Sonra yarışa start verilib. Turnirdə 5-15 yaşlı gimnastlar müvafiq yaş qrupları üzrə mübarizə aparırlar. Yarış iyunun 14-də başa çatacaq.

Xəbər 821 dəfə oxundu.