UEFA Çempionlar Liqasının yeni mövsümündə dörd ölkə iki klubla təmsil olunacaq
İyulun 4-də futzal üzrə UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılacaq. Komandalar milli assosiasiyaların reytinq cədvəlindəki mövqeyinə əsasən qruplara bölünəcək.

Reytinq cədvəlində ilk 3 pilləni tutan ölkələr yarışda 2 klubla təmsil olunacaqlar. Əgər son qalib ilk 3 pillədəki ölkələrdən birinin təmsilçisi olarsa, o zaman reytinqdə dördüncü olan ölkə yarışa 2 komanda ilə qatılacaq. Turnirin son qalib isə Portuqaliyanın “Sportinq” klubu olub. Buna görə də yeni mövsümdə Rusiya, İspaniya, Portuqaliya və Qazaxıstanın iki klubu qalib adı uğrunda yarışacaq.

Azərbaycan isə reytinq cədvəlində 6-cı pillədə qərarlaşıb. Ölkəmizi turnirdə Azərbaycan çempionu “Araz” təmsil edəcək.

Turnirdə 20 ölkədən 24 komanda birincilik uğrunda mübarizə aparacaq.

Xəbər 733 dəfə oxundu.