Abşeron Olimpiya İdman Kompleksində uşu üzrə Bakı kuboku yarışları keçiriləcək
İyunun 15-də Abşeron Olimpiya İdman Kompleksində uşunun citkundo və çinda növləri üzrə Bakı kuboku yarışları keçiriləcək.

Yarış yeniyetmələr, gənclər və kişilər arasında keçiriləcək. Çempionatda Bakının idman klublarında 200 idmançı birincilik uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Xəbər 811 dəfə oxundu.