Azərbaycan döyüşçüsü Nihat Tağızadə Gürcüstanda beynəlxalq turnirin qalibi olub
Azərbaycan idmançısı Nihat Tağızadə Gurcustanda keçirilən kikboksinq üzrə beynəlxalq turnirdə uğurla çıxış edib.

Turnirdə 45 kiloqram çəki dərəcəsində mübarizə aparan 15 yaşlı idmançımız K-1 yarışlarında gürcüstanlı rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Ermənistandan olan döyüşüçlər mübarizə aparıblar.

Qeyd edək ki, N.Tağızadə “Qızıl əlcək” idman klubunun üzvüdür.

Xəbər 124 dəfə oxundu.