Bu gün Azərbaycan millisi “Avro 2020” seçmə mərhələsində üçüncü oyununu keçirəcək
Bu gün futbol üzrə Azərbaycan millisi “Avro 2020”nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Slovakiya yığması ilə üz-üzə gələcək.

“Bakcell Arena”da keçiriləcək matçı şotlandiyalı Con Bitonun rəhbərliyi ilə hakimlər briqadası idarə edəcək. Bu, yığmanın E qrupunda üçüncü matçı olacaq. Komanda ilk olaraq Zaqrebdə Xorvatiyaya uduzub (1:2), ikinci görüşdə isə Bakıda Macarıstana məğlub olub - 1:3.

Slovakiyanın heyətində Miroslav Stox səhhəti ilə əlaqədar Bakıya gətirilməyib. Komandanın baş məşqçisi Pavel Hapal daha öncə Dominik Qreyf, Samuel Mraz, Martin Xrien, Lukaş Ştetin və Laslo Benesi də 29 nəfərlik heyətdən çıxarıb.

Azərbaycan yığmasında isə Eddi İsrafilov zədəlidir.

Azərbaycan millisi tarix ərzində Slovakiya komandası ilə 6 dəfə üz-üzə gəlib. Bunların 5-də slovaklar qələbə qazanıb. Yığma 2011-ci ildə keçirilmiş dünya çempionatının seçmə mərhələ matçında rəqibini Bakıda 2:0 hesabı ilə üstələyib.

Qrupun digər oyununda isə Macarıstan Uelsi qəbul edəcək. Hazırda Macarıstan və Xorvatiya 6 xalla birinci və ikinci yerləri bölüşdürür. Uels ilə Slovakiyanın isə 3 xalı var. İki oyundan sonra sıfır xalı olan Azərbaycan isə sonuncu yerdədir.

Xəbər 23 dəfə oxundu.