Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək litvalı tennisçilər müəyyənləşib
İyulun 21-27-də Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında Litvanı təmsil edəcək tennisçilər müəyyənləşib.

Litva Tennis Komitəsi dörd idmançı və iki məşqçidən ibarət heyəti ölkənin Milli Olimpiya Komitəsinə təqdim edib. Heyətdə yer alan iki oğlan və iki qız idmançı Litvanın müxtəlif tennis məktəblərinin təmsilçiləridir.

Xəbər 1021 dəfə oxundu.